09 yanvar 2025, 11:27

İİTKM-nin operatoru olduğu “Azexport” portalı “Azexport Talks” layihəsinə start verir. Layihə çərçivəsində e-ticarət, ixrac, loqistika, rəqəmsal ödənişlər, həmçinin rəqəmsal iqtisadiyyatın digər sahələrini əhatə edən müxtəlif mövzular müzakirə olunacaq, iştirakçıların sualları cavablandırılacaq.

“Azexport Talks” layihəsinin ilk qonağı mərkəzi ofisi Türkiyədə yerləşən logistika şirkətinin həmtəsisçisi və icraçı direktoru Kemal Kayadır.

Onlayn görüşdə:

  • Azərbaycanda e-ticarətlə məşğul olan gənclərin Amerika və Avropa depolarından istifadə imkanları;
  • Sifarişlərin çatdırılma sürətini artırmaqla qiymətini uyğun saxlamağın yolları
  • Yerli və xarici ekspertlər tərəfindən iştirakçıların e-ticarət və logistika üzrə sualları cavablandırılacaq. 

Görüş 14.01.2025-ci il saat 21:00-da onlayn keçiriləcək.
Görüşdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat linki: https://forms.gle/mesCLRoHCDN9jjWa8

Qeyd edək ki, tədbirdə fəal iştirak edən e-ticarət şirkətlərinin nümayəndələrinə Amerika və Avropa depolarından güzəştli şərtlərlə istifadə imkanı təqdim olunacaq.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az