18 dekabr 2024, 16:18

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Çində təşkil olunmuş "Bir kəmər, bir yol tərəfdaş ölkələri üçün ağıllı hökumət və informasiyalaşdırma" mövzusunda seminarda iştirak edib. Tədbir Çin hökuməti tərəfindən inkişaf etməkdə olan ölkələr və Çin arasında müxtəlif sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə təşkil olunub.

Seminar çərçivəsində Günay Quliyeva Çin Xalq Respublikasının “Ağıllı hökumət” modelləri ilə tanış olub, Çinin qabaqcıl ağıllı şəhərlərinə səfər edib. Həmçinin, JD.com, HIK Vision, GFMOTO və HOLYSIS kimi tanınmış transmilli korporasiyaların fəaliyyəti ilə yaxından tanışlıq imkanı əldə edib.

Günay Quliyeva səfər nəticəsində müasir idarəetmə modellərinin tətbiqi və innovativ həllərin həyata keçirilməsi sahəsində Çinlə əməkdaşlıq imkanlarını genişləndirmək üçün əhəmiyyətli təcrübə qazanıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az