İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) kollektivi Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı təşkil olunan anım tədbirləri çərçivəsində Fəxri xiyabanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Fəxri xiyabanda ziyarətin ardınca Mərkəzdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlının rəhbərliyi ilə anım tədbiri keçirilib. O, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə kollektivə geniş məlumat verib. Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasınıda, inkişafında göstərdiyi tarixi xidmətlərə bir daha nəzər yetirib. V.Qasımlı Ulu öndərin neft strategiyası və bunun ölkəmizin inkişafında rolu barədə danışıb, dövlət başçısı İlham Əliyev tərəfindən strategiyanın uğurla davam etdirilməsini ölkəmizin konkret uğurları ilə qeyd edib. V.Qasımlı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edərək, məhz bunun əsasında Ulu Öndərin strategiyasının və bu strategiyanın uğurla davam etdirilməsinin dayandığını bildirib.
Daha sonra, İİTKM-in şöbə müdiri Aqil Əsədov Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən uğurlu islahatlardan danışaraq, qısa zamanda tənəzzülün tərəqqi ilə əvəzləndiyini bildirdi. Ölkəmizdə dövlət mülkiyyətinin özəlləşdirilməsi, torpaq islahatları, özəl sektorun inkişafı istiqamətində çoxsaylı qərarlar qəbul edildi. Nəticədə 1994-2023-cü illərdə ÜDM-in orta illik artımı 9% olub, adambaşına düşən ÜDM 3 dəfə artıb, özəl sektorun ÜDM-də payı 2 dəfədən çox artaraq 73%-ə çatıb və s. A.Əsədov, daha sonra İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirləri vurğulayaraq bildirib ki, 2004-cü ildən ölkəmizdə proqram təminatlı inkişafın əsası qoyulub. Sonda A.Əsədov istər Ümummilli Liderin hakimiyyəti dövrünün, istərsə də 2003-cü ildən sonrakı dövrün ciddi tədqiq edilməli, öyrənilməli olduğunu bildirib.