10 dekabr 2024, 12:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Museyibov Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən "Asiyada iqlimə davamlı və karbonsuz iqtisadiyyatlar üçün siyasətlər" mövzusunda dəyirmi masada çıxış edib. Müzakirə Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), ASEAN+3 Makroiqtisadi Araşdırmalar Bürosu (AMRO), və ASEAN və Şərqi Asiya Üzrə İqtisadi Araşdırmalar İnstitutu (ERIA) tərəfindən təşkil edilib.

Ayaz Museyibov "İqlim problemlərinin həllində süni intellektin istifadəsi" mövzusunda çıxış edib. Təqdimat zamanı iqlim dayanıqlığının artırılmasında süni intellektin əhəmiyyətli vacib rolu vurğulanıb. Həmçinin, Mərkəzi Asiya ölkələrində süni intellektin tətbiqinə dair strateji perspektivlər təqdim edilib.

Tədbirdə beyin mərkzələrinin, dövlət qurumları və beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az