İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova, ADA Universitetinin Biznes İdarəetmə, Dövlət İdarəçiliyi, Maliyyə, Beynəlxalq Münasibətlər, Kommunikasiya və rəqəmsal media ixtisaslarında təhsil alan ikinci kurs tələbələrinə "Müasir dünyada liderlik" mövzusunda mühazirə təqdim edib.
Vüsalə Cəfərova mühazirədə uzunmüddətli məqsədlərə, milli birliyə və regional əməkdaşlığa önəmin əhəmiyyətini vurğulayıb. O tarixi şəxsiyyətlərdən və müasir liderlərdən nümunələr gətirərək liderliyin vacib prinsiplərini tələbələrlə paylaşıb.
Sonda, Azərbaycanın Türk dünyasında, enerji diplomatiyasında və qlobal sabitlikdəki mühüm rolu müzakirə edilib.