İqtisadi İslahatlatın Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Beynəlxalq İdarəetmə İnnovasiyaları Mərkəzinin (CIGI) “Think7”-nin (T7) koordinasiyasının İtaliyadan Kanadaya rəsmi təhvil verilməsi mərasimində iştirak edib. Mərasimdə dünyanın tanınan beynəlxalq tədqiqat mərkəzlərinin rəhbərləri, akademik şəbəkələrin üzvləri, hökumət nümayəndələri və G7-nin yerli spikerləri bir araya gəlib.
Foruma dünyanın fərqli ölkələrindən qoşulan nümayəndələr İtaliyanın Beynəlxalq İdarəetmə İnnovasiyaları Mərkəzinin (CIGI) rəhbərliyi dövründə görülən işləri və Kanadanın T7 prosesinə verə biləcəyi töhfəni müzakirə ediblər.
Qeyd edək ki, “Think7” (T7), dünyanın aparıcı tədqiqat mərkəzlərini və beyin mərkəzlərini bir araya gətirən “Böyük Yeddilər” (G7) üçün rəsmi əməkdaşlıq platformasıdır. İqtisadi İslahatlatın Təhlili və Kommunikasiya Mərkəzi Cənubi Qafqaz və Mərkəzi Asiyanın aparıcı beyin mərkəzi olaraq T7 platformasına dəvət alıb.