İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, layihə meneceri Aydan Hüseynzadə və Türkiyənin “Özbahçeci İnvest Club” şirkətinin baş məsləhətçisi Doğan Tomris arasında görüş keçirilib. Görüş tərəflərin fəaliyyətləri ilə tanışlıq və ümumi əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədi daşıyıb.
Mətanət Musayeva “Enterprise Azerbaijan” portalının “StartUp School” layihəsi barədə məlumat verib, layihənin Azərbaycan ekosisteminə verdiyi töhfələri vurğulayıb.
“Özbahçeci İnvest Club” şirkətinin baş məsləhətçisi Doğan Tomris şirkətin fəaliyyət istiqamətləri və xidmətləri, digər ölkələrlə əməkdaşlığı haqqında danışıb, əməkdaşlıq üçün bir sıra təkliflər irəli sürüb. Bildirib ki, “Özbahçeci İnvest Club” innovativ ideyaları olan sahibkarları investorlarla bir araya gətirərək layihələrinin reallaşmasına yardım edir.
Görüşdə tərəflər arasında anlaşma memorandumunun imzalanması haqqında razılıq əldə olunub.