“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzində 2025-ci və 2026-cı illər üçün nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlərin keçirilməsi qrafikə uyğun qaydada davam edir.
Bu gün keçirilən görüşlərdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəsmiləri iştirak ediblər.
Görüşlərdə dövlət qurumlarının nümayəndələri ilə növbəti illər üzrə qarşıda duran vəzifələr və görüləcək işlər müzakirə olunub. Strategiyada müəyyən olunmuş hədəflərə uyğun nəticə indikatorlarının formalaşdırılması istiqamətində qurumlara tövsiyələr verilib, təkliflər dinlənilib.