23 oktyabr 2024, 17:59

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə indikativ planlaşmanın aparılması məqsədilə icraçı qurumlarla görüşlər keçirilib.

Bu gün təşkil olunan görüşlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC)  rəsmiləri iştirak ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüşlər çərçivəsində müvafiq dövlət qurumlarının 2025-ci və 2026-cı illər üçün nəticə indikatorları, qarşıda duran vəzifələr və perspektivlər müzakirə edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az