“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində 2025-ci və 2026-cı illər üçün nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi istiqamətində aidiyyati dövlət qurumlarının nümayəndələri ilə görüşlərə start verilib.
Bu gün keçirilən görüşlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin rəsmiləri iştirak ediblər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüşlərdə dövlət qurumlarının nümayəndələri ilə 2025 və 2026-cı illər üzrə qarşıda duran vəzifələr və perspektivlər müzakirə edilib.