23 oktyabr 2024, 14:57

 “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üzrə Fəaliyyət Planı”nın 2024-cü ilin I yarımili üzrə monitorinq nəticələrinə dair görüş keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialı və onun artırılmasının əhəmiyyətini vurğulayaraq Faəliyyət Planının effektiv icrası ilə bağlı müvafiq addımların atıldığını, işin təşkilinin koordinasiyalı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq qarşıdakı dövr üzrə əsas icra edilməli məsələləri qeyd edib. Görüşün davamında Mərkəzin nümayəndəsi Əbdülrəhim Dadaşov tərəfindən Fəaliyyət Planının icra vəziyyəti və tədbirlərin icrası zamanı qarşıya çıxan çətinliklər barədə təqdimat keçirilib, hesabata dair icraçı qurumlar tərəfindən müzakirələr aparılıb. Eyni zamanda görüşdə monitorinq prosesinin tam və effektiv icrasının həyata keçirilməsi və icra göstəricilərinin daha da artırılması məqsədilə Fəaliyyət Planının növbəti mərhələdə qarşıda duran vəzifələrinin icrasına dair diqqət yetirilməli məqamlar müzakirə edilib.

İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, şöbə müdirinin müavini Səbinə Cumazadə, həmçinin Faəliyyət Planının icrasına məsul olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin nümayəndələri iştirak ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az