18 oktyabr 2024, 14:23

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Samir Məmmədov və İnnovasiya şöbəsinin mütəxəssisi Sevinc Allahverdiyeva Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Baş Prokurorluğun rəhbərlik etdiyi “Korrupsiya və şəffaflıq” işçi qrupunun “Dövlət xidmətləri üzrə məlumatların əlçatanlığı və şəffaflıq” mövzusuna həsr olunmuş iclasında iştirak edib.

İclasda 2024-cü ilin III rübü ərzində “Korrupsiya və şəffaflıq” işçi qrupunun üzvləri tərəfindən “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasına dair görülmüş işlər, növbəti dövr üzrə qarşıda duran vəzifələr və digər mühüm məsələlərlə bağlı geniş müzakirələr aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az