17 oktyabr 2024, 12:04

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində keçirilən “Manas Forumu 2024” adlı beynəlxalq konfransda moderator və spiker qismində iştirak edir.

Türkiyənin İbn Haldun Universiteti tərəfindən təşkil olunan konfrans “Avrasiyada əlaqələrin və əməkdaşlığın genişləndirilməsi” mövzunda keçirilir.

Forumun əsas məqsədi Türk dünyasında baş verən iqtisadi, ticari və regional əməkdaşlıq məsələlərinin təhlili və perspektivlərin hərtərəfli nəzərdən keçirilməsi, nəqliyyat-logistika, enerji təhlükəsizliyi və transformasiyası mövzularını müzakirə etməkdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az