Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 1 avqust tarixli 2279 saylı "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" Fərmanının tələblərinə uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) elektron sənəd dövriyyəsi sistemi yaradılıb və müvafiq sistemlərə inteqrasiyası həyata keçirilib.
Bununla bağlı tenderdə qalib olan şirkət tərəfindən İİTKM üçün yaradılan elektron sənəd dövriyyəsi sisteminin təqdimatı keçirilib və onun Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiyası barədə məlumat verilib. Bildirilib ki, bu inteqrasiya digər dövlət orqanları ilə sənəd mübadiləsini real vaxt rejimində və təhlükəsiz qaydada aparmağa imkan verəcək.