İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva və müdir müavini Elnur Ələkbərovun Estoniyanın tanınmış “ConnectiveThink” Tədqiqat Mərkəzinin rəsmi saytında (https://connectivethink.org/) “Qarabağ və Şərqi Zəngəzur: Cənubi Qafqazın yeni investisiya məkanı” (Karabakh and Eastern Zangezur: The New Investment Destination of the South Caucasus) adlı analitik məqaləsi dərc olunub.
Məqalədə Qarabağ və Şərqi Zəngəzurda yaradılan əlverişli biznes mühiti, sahibkarlıq subyektlərinə tətbiq edilən güzəşt, dəstək və imtiyazlar barədə geniş məlumat verilib, eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan “Araz Vadisi İqtisadi Zonası” və Ağdam Sənaye Parkı, eləcə də onların fəaliyyət istiqamətləri təhlil edilib.