İyunun 12-də İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan inkişafa: Müdrik siyasətin uğurlu nəticələri” adlı konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı istirahət parkında abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Parkın ərazisində təşkil olunan rəsm sərgisinə, Heydər Əliyev Mərkəzində isə kitab sərgisi və Ulu Öndərin stendinə baxış keçirilib. Konfrans başlamamışdan öncə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayon ictimaiyyəti iştirak ediblər.