27 may 2024, 10:55

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) arasında beyin mərkəzlərinin beynəlxalq səviyyədə forumunun təşkil edilməsi müzakirə olunub. Videokonfrans formatında keçən görüşdə İİTKM-in icraçı direktorunun müşaviri Ayaz Müseyibov, Mərkəzin İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, AİBİ-nin baş icraçı direktoru Tetsuşi Sonobe və hər iki qurumdan əməkdaşlar iştirak ediblər. Müzakirələrdə Avropa, Asiya və digər qitələrdə yerləşən ölkələrdən müxtəlif beyin mərkəzlərinin cəlb olunması ilə beynəlxalq tədbirin təşkili üzrə detallı məsələlər, həmçinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az