22 may 2024, 11:33

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 2-AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi davam edir. Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırılan təlimin yeni sessiyası “Buzzfactory Ltd” şirkətinin təsisçisi və icraçı direktoru Terri Sellerin tərəfindən keçirilib. Təlim “Süni intellektin qəbulunu sürətləndirmək üçün idarəetməni dəyişdirin” ("Change Management to Speed Up AI Adoption") mövzusu üzrə aparılıb.

T.Sellerin iyerarxik və idarə olunan köhnə güc dəyərlərindən açıq və yeni güc dəyərlərinə keçidin əhəmiyyətini vurğulayıb. O, böyük korporasiyalarda dəyişikliklərin idarə edilməsindən, süni intellektin biznesin təkamülü üçün vacibliyindən danışıb.  

Təlimçi süni intellektin mövcud biznes modellərinə inteqrasiyası strategiyalarını təqdim edib, aydın mənzərənin müəyyən edilməsində liderlərin rolunu vurğulayıb. O, həmçinin qorxuları aradan qaldırmaq üçün effektiv ünsiyyət materiallarının yaradılması yollarını iştirakçılara çatdırıb. Dəyişikliyə qarşı müqaviməti aradan qaldırmaq üçün praktiki arqumentləri paylaşıb, süni intellektin dəyərini nümayiş etdirməyin vacibliyini vurğulayıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az