Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür. Bu münasibətlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) iclas keçirilib.
Mərkəzin icraçı direktoru, professor Vüsal Qasımlı bildirib ki, ölkəmizin iki əsrin qovşağında və iki fərqli sistemdə inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda dövlətçiliyin gücləndirilməsi, müstəqilliyə real məzmun verilərək onun dönməz xarakter alması, dinamik iqtisadi inkişaf və beynəlxalq səhnədə özünəməxsus mövqeyin qazanılması Ümummilli Liderin fəaliyyəti sayəsində mümkün olub. Bu gün Azərbaycan dövləti məhz Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Ulu öndər Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Sonda İİTKM əməkdaşlarının Ümummilli Lider Heydər Əliyevlə bağlı fikirləri dinlənilib.