26 aprel 2024, 15:35

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi çərçivəsində növbəti təlim "Beynəlxalq bazara çıxış üçün “Lean Business Model Canvas” modelinden istifadə" (Using the Lean Business Model Canvas to prepare your İnternational Expansion) mövzusuna həsr olunub. Təlimi Özmən Sahibkarlıq Mərkəzinin proqram koordinatoru və Varşava İqtisadiyyat Məktəbinin Bazar, marketinq və keyfiyyət kafedrasının dosenti Paveł Pietrasienski keçib.

Təlim sessiyasında əsas diqqət rəqabətdə ədalətsiz üstünlük konsepsiyasına yönəldilib. P.Pietrasienski bu cür üstünlüklərin qlobal bazarlarda davamlı olub-olmadığını tənqidi qiymətləndirməyin vacibliyini vurğulayıb. O, beynəlxalq bazara çıxışın mürəkkəbliklərini diqqətə çatdırıb, uyğunlaşma və davamlı inteqrasiyanın əhəmiyyətini qeyd edib, startapçılara uğurlu olmaq üçün vacib strategiyalar təqdim edib, həmçinin beynəlxalq bazarlarda inkişaf etmək üçün öz biznes modellərini təkmilləşdirməyin və onlardan istifadə etməyin yollarını izah edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az