22 aprel 2024, 12:55

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Naxçıvan şəhərində konservləşdirilmiş qida məhsulları istehsalçısı ilə görüş keçirib.

Görüşdə portalın rəhbəri Ayxan Qədəşov “Azexport”un imkanları barədə məlumat verib. O, yerli və xarici bazarlarda yeni potensial müştərilərə çıxmaqda elektron ticarətin rolunun sürətlə artdığını qeyd edib.

"Güvən Qida" şirkətinin nümayəndəsi Abdulla Abdullayev isə təmsil etdiyi şirkət barədə məlumat verib və şirkərin meyvə, tomat və digər tərəvəz məhsullarının konservləşdirilməsi, həmçinin qida məhsullarının idxalı üzrə ixtisaslaşdığını bildirib. A.Abdullayev şirkətin ketçup və mayonez məhsullarının istehsal həcminin daha da artırılmasını və xarici bazarlara ixrac olunmasını hədəflədiyini diqqətə çatdırıb.

Sonda portala tomat məhsulu üzrə Ukraynadan daxil olan ixrac sifarişinin icrası istiqamətində müzakirələr aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az