17 aprel 2024, 16:35

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub - DTH) platforması Belarusun İdentifikasiya Sistemləri Mərkəzinin nümayəndələri arasında görüş keçirilib. Onlayn formatda təşkil olunmuş görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov beynəlxalq elektron ticarət istiqamətində yerli sahibkarlar üçün təqdim edilən xidmətlər barədə ətraflı məlumat verib. DTH-ın rəhbəri İsmət Mehrəliyeva isə platformada qeyri-rezidentlər üçün yaradılmış imkanlar barədə danışıb.

Görüşdə iştirak edən İdentifikasiya Sistemləri Mərkəzinin direktoru Viktor İvanoviç Mərkəzin fəaliyyəti barədə təqdimatla çıxış edərək, Belarus Respublikasında istehsal olunan məhsulların vahid məlumat bankının yaradılması, məhsul pasportu və digər rəqəmsal izləmə və nəzarət sistemlərinə dair Mərkəz tərəfindən təqdim olunan həllər barədə geniş məlumat verib.

Daha sonra Mərkəzin texniki direktoru Gennadi Volnisti çıxış edərək, Mərkəz tərəfindən yaradılan Rəqəmsal Məhsul Vitrini Platforması (RMVP) barədə məlumat verib.

Sonda tərəflər arasında “Azexport” portalındakı yerli məhsullar barədə məlumatların RMVP-də də yerləşdirilməsi istiqamətində pilot layihənin icrası imkanları müzakirə olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az