02 aprel 2024, 15:23

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun onlayn iclası keçirilib.

İclasda işçi qrupun rəhbərliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Statistika Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

İclasda işçi qrupun üzvləri tərəfindən hesabatların təqdimatı edilib və Qlobal İnnovasiya İndeksində nəticələrin yaxşılaşdırılması məqsədilə təkliflər verilib.

Eyni zamanda, işçi qrupun fəaliyyət istiqamətlərinə uyğun digər məsələlər də müzakirə edilib və qərarlar qəbul edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az