13 mart 2024, 11:58

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova Beynəlxalq Valyuta Fondunun Qazaxıstanın Almatı şəhərində yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Təlim Mərkəzində "Dinamik və stoxastik tarazlıq modelləri ilə makroiqtisadi təhlil” üzrə regional seminarda iştirak edib.

Seminarda regionun altı üzv ölkəsindən 17 iqtisadçı iştirak edib. Təlim zamanı iştirakçılar standart “Yeni Keyns” modeli törəmələrinin alınması, onların IRIS proqramında kodlaşdırılması və açıq iqtisadiyyat xüsusiyyətlərinin modelə əlavə olunması üzərində iş aparıblar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az