12 mart 2024, 12:16

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı və "Meetup Networking Club"un birgə təşkilatçılığı ilə Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracına dair onlayn görüş keçirilib. Görüşdə “Azexport”un rəhbəri Ayxan Qədəşov Kaliforniyada yerləşən "BGS Group" şirkətinə həm portalın, həm də Azərbaycan məhsullarının onlayn təqdimatını edib.

Qeyd edək ki, "BGS Group" şirkəti ABŞ-nin “Sysco”, PFG, “Walmart”, “Afflink”, “US. Foods”, “Costco” və CVS kimi 10-dan artıq iri ticarət şəbəkəsinin məhsulla təchiz edilməsi sahəsində ixtisaslaşıb.

Bu istiqamət üzrə əməkdaşlıq etmək istəyən şəxslər “Azexport” portalı vasitəsilə müraciət edə bilərlər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az