“Orta dəhliz” kitabı AzMİU-da təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Orta Dəhliz” mövzusunda elmi-praktik təlim və kitab təqdimatı keçirilib. Təlim İİTKM-in icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn və Mərkəz tərəfindən nəşr edilən “Tranzit İcmalı”nın məsləhətçisi, nəqliyyat eksperti Rauf Ağamirzəyev tərəfindən aparılıb.
Tədbirdə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, magistrantlar, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov Orta Dəhliz mövzusunun AzMİU tələbələrinin gələcək peşəkar fəaliyyətində mühüm istiqamət təşkil etdiyini və universitetin bu kimi strateji təşəbbüslərdə fəal iştirakının vacibliyini vurğulayıb.
Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov isə kafedranın tələbə və gənc tədqiqatçılarının beynəlxalq strateji mövzularla yaxından tanış olmasının onların gələcək elmi-tədqiqat fəaliyyətinə və praktik bacarıqlarının inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Təlim çərçivəsində İİTKM-in OECD və CAREC İnstitutu ilə birgə Rumıniyada nəşr etdirdiyi “Orta Dəhliz: Cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (“The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects”) adlı kitabın təqdimatı keçirilib. Kitabda 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya, Meksika və s.) 22 müəllifin strateji baxışları, regional əməkdaşlıq, enerji təhlükəsizliyi, ticarət, tranzit və innovativ iqtisadi inkişaf istiqamətləri öz əksini tapıb.
Ramil Hüseyn təlimdə Orta Dəhlizin iqtisadi və siyasi əhəmiyyətinə toxunaraq onun Avrasiya məkanında regional əməkdaşlığın güclənməsi üçün mühüm strateji platforma olduğunu vurğulayıb. O, xüsusilə enerji geosiyasəti, rəqəmsallaşma, tranzit xidmətləri və ticarət marşrutlarının modernləşdirilməsi ilə bağlı praktiki yanaşmaları iştirakçılarla bölüşüb.
İİTKM-in nəqliyyat-logistika sahəsini əhatə edən daha bir nəşri - “Tranzit İcmalı”nın məsləhətçisi Rauf Ağamirzəyev isə çıxışında Orta Dəhlizin beynəlxalq logistika sistemində rolu, dəhliz boyunca tranzit xidmətlərinin optimallaşdırılması, rəqəmsal nəqliyyat modelləri və Azərbaycanın bu sahədə artan imkanları barədə məlumat verib.
Universitetin tələbələri və gənc tədqiqatçıları tədbirdə fəal iştirak edərək Orta Dəhlizin iqtisadi və logistika imkanları ilə bağlı suallar verib, müzakirələrdə iştirak ediblər.






Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu