Vüsal Qasımlı Latviyanın Fiskal İntizam Şurasının sədri ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisadi elmlər doktoru, professor Vüsal Qasımlı Latviya Universitetinin Tədqiqat İnstitutunun direktoru və Fiskal İntizam Şurasının sədri, professor İnna Şteinbukanı qəbul edib.
V.Qasımlı İİTKM-in fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, eləcə də yaradılan monitorinq və qiymətləndirmə institutu barədə məlumat verib. O, həmçinin Azərbaycanda fiskal sahədə həyata keçirilən islahatlar, o cümlədən, ölkədə nəticəəsaslı və səmərəli idarəetmə konsepsiyasının tətbiqi məsələləri barədə qonağı məlumatlandırıb. İcraçı direktor həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa, operativ və effektiv təmini məqsədilə yaradılmış portallar barədə ətraflı məlumat təqdim edib, bu portalların çoxfunksiyalı və interaktiv formada fəaliyyət göstərdiyini bildirib. V.Qasımlı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə müvafiq tədbirlərin icrası ilə bağlı yaradılmış bu hesabatlılıq mexanizmi özündə real vaxt rejimində müxtəlif analitik təhlillər aparmağa və qərarlar qəbul etməyə imkan verən və dövlət səviyyəsində yaradılmış qlobal miqyasda nadir nümunələrdəndir.
Latviya Fiskal İntizam Şurasının sədri İnna Şteinbuka görüşdə təqdim olunan məlumatlardan məmnunluq ifadə edib. O bildirib ki, qurumlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçirmək üçün yaxşı imkanlar mövcuddur. O, həmçinin, rəhbərlik etdiyi şuranın Latviyada fiskal intizamın möhkəmləndirilməsi istiqamətində fəaliyyətləri barədə məlumat verib.
Qonaq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olub.





Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu