“İqtisadi islahatlar” jurnalının yeni sayı çap olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsis etdiyi “İqtisadi islahatlar” elmi-analitik jurnalının 2026-cı ilin ilk yarısını əhatə edən 14-cü sayı işıq üzü görüb. Jurnalın yeni sayında rəyçilər tərəfindən müsbət qiymətləndirilmiş yerli və xarici müəlliflərin 10 elmi məqaləsi dərc olunub. Bu məqalələr “Post-konflikt regionlarda investisiya yönümlü iqtisadi dirçəliş: Qarabağ və Şərqi Zəngəzurdan dəlillər”, “Hörmüz böhranı şəraitində Orta Dəhlizin dayanıqlılığı və Azərbaycanın tranzit buraxılış qabiliyyəti”, “Turizm sektorunun dayanıqlı inkişafı üçün qeyri-səlis Delfi metodu vasitəsilə əsas uğur amillərinin müəyyənləşdirilməsi”, “Subyektiv maddi rifah və həyat məmnunluğu kontekstində nikah və boşanmaya münasibətlər”, “Azərbaycanda mənzil qiymətləri, nikah və doğum əmsalı”, “Sosial media və milli rifah: ölkələrarası qeyri-parametrik təhlildən dəlillər”, “Azərbaycanda kredit riski və monetar siyasət: ARDL sərhəd testi yanaşması”, “Xarici birbaşa investisiya və ticarət performansı: Rumıniyada sübutlar”, “Əlcəzairdə iqtisadi artımın determinantları: ARDL testi yanaşmasına əsaslanan empirik təhlil (1990–2024)”, və “Yaşıl sığortanın qəbul edilməsinin determinantları: ekoloji məlumatlılığın, etimadın və davamlı məhsullar üçün ödəməyə hazırlığın rolu” kimi aktual və mühüm mövzuları əhatə edir.
Qeyd edək ki, “İqtisadi islahatlar” jurnalı 2026-cı il ərzində bir sıra nüfuzlu beynəlxalq elmi indeks və xülasələndirmə bazalarında indeksləşdirilib. Bu ilin birinci yarısında jurnalın “Web of Science Core Collection” indekslərindən biri olan “Emerging Sources Citation Index (ESCI)”-də indeksləşdirilməsi üçün rəsmi müraciət edilib. Hazırda qiymətləndirmə prosesi davam edir.
Məlumat üçün bildirək ki, “İqtisadi islahatlar” jurnalının 15-ci sayı üçün məqalə qəbulu davam edir. Müəlliflər jurnala məqalələri onlayn qaydada təqdim edə bilər: https://journal.ereforms.org/en/submit-article
“İqtisadi islahatlar” jurnalında məqalələrin dərc olunması tamamilə ödənişsizdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib