Azərbaycan alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda nəşr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Mərkəzin Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərovanın “Xammal ixrac edən iqtisadiyyatda real effektiv məzənnənin tarazlığı: Azərbaycan təcrübəsi" mövzusunda birgə hazırladıqları məqalə beynəlxalq “Science, Technologies, Innovations” jurnalında nəşr olunub. Məqalədə neftlə zəngin iqtisadiyyatlarda real effektiv məzənnənin tarazlığı və Azərbaycan nümunəsində pul siyasətinin adekvatlığı məsələləri əhatə olunub. Real effektiv məzənnənin tarazlığı regresiya əsaslı modeldə qiymətləndirilərək, son iyirmi ildə Azərbaycanın xarici ticarət balansı və məzənnə tarazlığından kənarlaşmalar təhlil edilib. Müəlliflər real effektiv məzənnənin tarazlığını elmi prinsiplərə əsaslanan metodoloji yanaşma tətbiqi ilə təhlil edərək, devalvasiyadan bir neçə il sonra Azərbaycanın milli valyutasının qiymələndirilməsinə dair hesablamalar təqdim ediblər.
Məqalə ilə təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz:








Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir