“Azexport” portalının "Rəqəmsal logistika platforması"na inteqrasiya imkanları müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "Rəqəmsal logistika platforması" (DLP- Digital Logistics Platform) layihəsinin icraçı şirkətinin nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə onlayn görüş keçirilib.
Görüşdə İİTKM-nin operatoru olduğu “Azexport” portalının sahibkarlar üçün təqdim etdiyi xidmətlər və bu xidmətlərin qeyri-neft sektoru üzrə ixrac imkanlarının genişləndirilməsində rolu barədə məlumat verilib. Portalın rəhbəri Ayxan Qədəşov “Azexport” tərəfindən təqdim olunan sərbəst satış sertifikatı (Certificate of Free Sale) barədə təqdimatla çıxış edib. O bildirib ki, 2018-ci ildən etibarən 700-dən artıq adda məhsula bu sertifikat təqdim olunub. Sertifikatlar əsasən insan orqanizmi ilə təmasda olan tibbi avadanlıqlar, qida məhsulları və dərman vasitələrinin ixracı üçün verilib. Bu sənəd, xüsusən Körfəz, Asiya və Amerika ölkələri kimi strateji bazarlara çıxış imkanlarını artırmaqla, Azərbaycanın ixrac coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib.
Daha sonra “DLP” layihəsinin icraçı şirkətinin nümayəndəsi layihə üzrə təqdimatla çıxış edib. Layihənin beynəlxalq ticarət zəncirində rəqəmsal texnologiyaların tətbiqini təşviq etməsi, e-logistika həlləri və proseslərin avtomatlaşdırılması imkanları barədə ətraflı məlumat verilib.
Tərəflər sərbəst satış sertifikatının “DLP” platformasına inteqrasiyası istiqamətində potensial əməkdaşlıq yollarını, texniki uyğunluq məsələlərini və rəqəmsal sistemlərin qarşılıqlı əlaqələndirilməsinin faydalarını müzakirə ediblər.




Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti