Ramil Hüseyn Naxçıvan Dövlət Universitetinin tələbələrinə mühazirə deyib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə "Azərbaycan Respublikasının yaşıl enerjiyə keçid strategiyası: Əsas nailiyyətlər, perspektivlər" mövzusunda təqdimatla çıxış edib.
Vebinar formatında təşkil edilən görüşdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikasının "yaşıll enerji zonası” elan edildiyini bildirərək bu mövzunun aktuallığını qeyd edib.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycanda bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizləri barədə tələbələrə ətraflı məlumat verib. O, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24%-ə, 2030-cu ilədək 30%-ə çatdırılması ilə bağlı hədəfin müəyyənləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 2030-cu ilə kimi “yaşıl enerji”yə keçid istiqamətində qarşıya qoyula hədəflərə nail olunacaq.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.




Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti