
“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı tərəfindən Azərbaycanda un məmulatları istehsal edən şirkətə sərbəst satış sertifikatı verilib. Bu sertifikatla Efiopiyaya marakon və digər məhsullar ixrac ediləcək.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq, “azexport.az” portalı tərəfindən təqdim edilir. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sertifikatın verilməsi 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə məhsulların ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İƏT-in əsas üstünlüyü enerji ehtiyatları və nəqliyyat əlaqələridir
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya və rifah: Kimə nə vəd edir?
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru